QR CodeQR Code

Ağ Ev: “Səudiyyə vəliəhdinə sanksiya tətbiq etmək hüququnu özümüzdə saxlayırıq”

2 Mar 2021 13:30

İslamTimes: Ağ Ev Kaşıkçı cinayəti hesabatının Konqresə təqdim edilməsindən sonra, Səudiyyə rejiminin bəzi rəsmilərinə qarşı sanksiyalar tətbiq olunmasa da, Məhəmməd bin Salmanın (MBS) bunun aid edilməməsinə münasibət bildirərək, Vaşinqtonun lazım olduqda vəliəhdə qarşı sanksiya tətbiq etmək hüququnu özündə saxladığını bildirib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Ağ Evin mətbuat sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında, vəliəhdin niyə cəzalandırılmadığına dair verilən suala belə cavab verib: “Əlbəttə ki, istədiyimiz vaxt və növdə hərəkət etmək hüququmuzu özümüzdə saxlayırıq. Tarixən ABŞ diplomatik əlaqələr qurduğumuz ölkələrin hökumət rəhbərlərinə Demokratik və Respublikaçı prezidentlər vasitəsi ilə ümumiyyətlə sanksiya tətbiq etməyib”.

Baydenin seçki dövründə Kaşıkçı cinayətinin günahkarlarını cəzalandıracağına dair verdiyi sözü xatırladılanda isə, Psaki belə deyib: “Bayden Səudiyyə Ərəbistanı (Səud rejimi) ilə əlaqədar lazımlı addımları diplomatiya yolu ilə atır.

Səudiyyə Ərəbistanı (Səud rejimi) ilə kəşfiyyat paylaşımı, raket hücumları və təhdidlərə qarşı müdafiə kimi vacib münasibətlərimiz var. Bilirsiniz, qlobal diplomatiya Amerika Birləşmiş Ştatlarının milli maraqları istiqamətində hərəkət etməyi, həm də ölkələrdən lazım olduqda hərəkətləri üçün hesabat tələb edir.

Bayden bu mövzuda gələcəkdə ona qarşı iradların olacağını gözləyirdi. O, milli təhlükəsizlik komandasının tövsiyəsi əsasında hərəkət edir və bunun uzunmüddətli maraqlarımız üçün doğru yanaşma olduğunu düşünür”.

Xatrıladaq ki, ABŞ kəşfiyyatı tərəfindən hazırlanan hesabatda, Səudiyyə rejiminin İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Kaşıkçının qətlini təsdiqləyən şəxsin vəliəhd Məhəmməd bin Salman olduğu açıqlanmışdı.


Story Code: 919197

News Link :
https://www.islamtimes.org/az/news/919197/ağ-ev-səudiyyə-vəliəhdinə-sanksiya-tətbiq-etmək-hüququnu-özümüzdə-saxlayırıq

Islam Times
  https://www.islamtimes.org