QR CodeQR Code

Amerikalılar Səudiyyə rejiminin 11 sentyabr terrorundakı gizli saxlanılan rolunun ifşa edilməsini istəyir

إسلام تايمز , 2 Mar 2021 18:42

İslamTimes: 11 sentyabr qurbanlarının 2000-dən çox yaxını ABŞ prezidenti Co Baydendən Səudiyyə Ərəbistanının bu terror hadisəsində rolu ilə bağlı hesabatın gizli hissəsini açmasını xahiş edib


"Arabi21" saytının verdiyi xəbərə görə, 11 sentyabr qurbanlarının ailələri, şahzadə Məhəmməd Bin Salmanın əmri ilə qətlə yetirildiyi bildirilən jurnalist Camal Kaşıkçının qətlinə dair hesabatın ABŞ tərəfindən ictimailəşdirilməsindən sonra bu vəziyyətdən istifadə edərək Baydendən Səudiyyə Ərəbistanının 11 sentyabr hadisəsindəki roluna dair gizli saxlanılan məqamların da yayımlanmasını istəyib.

11 sentyabr qurbanlarının ailə üzvləri bildirir ki, onların bu günədək Səudiyyə Ərəbistanına qarşı şikayətləri Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi tərəfindən ört-bastır edilib. Şikayətlə bağlı sənədlər bu iki qrum tərəfindən aidiyyatı orqanlara təhvil verilmədiyindən şikayətlərin hamısı cavabsız qalıb!

11 sentyabr qurbanlarının yaxınlarının Baydenə məktubunda deyilir: "Ədaləti ələ salmağı dayandırın. Ədliyyə Nazirliyini dərhal lazımi sənədləri təqdim edərək, həmkarlıq etməli və Səudiyyə Ərəbistanı rəhbərliyini mühakimə etməlidir!"


Story Code: 919265

News Link :
https://www.islamtimes.org/az/news/919265/amerikalılar-səudiyyə-rejiminin-11-sentyabr-terrorundakı-gizli-saxlanılan-rolunun-ifşa-edilməsini-istəyir

Islam Times
  https://www.islamtimes.org