QR CodeQR Code

Papadan QLOBAL FƏLAKƏT ANONSU: "Dövlət rəhbərləri tədbirlər görməsələr..."

3 Mar 2021 11:21

İslamTimes: Papadan QLOBAL FƏLAKƏT ANONSU: "Dövlət rəhbərləri tədbirlər görməsələr..."


Bəşəriyyəti yeni qlobal daşqınlar gözləyir.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.

Onun sözlərinə görə, dövlət rəhbərləri qlobal istiləşmə ilə bağlı tədbirlər görməsələr, fəlakət başlayacaq.

“Əgər biz bu yolu davam etdirsək, daşqınlar baş verəcək”, - Papa bildirib.

Fransisk deyib ki, Nuh peyğəmbər fəzilət sayəsində fəlakətdən xilas ola bilib. O, vətəndaşları və siyasətçiləri ehtiyatlı olmağa səsləyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsindən (NOAA) olan alimlər ötən ilin Arktikada müşahidə tarixində ikinci rekord isti il olduğunu söyləmişdilər. Üstəlik, son əlli ildə buradakı temperatur planetin digər bölgələrinə nisbətən iki dəfə daha sürətlə artır.


Story Code: 919387

News Link :
https://www.islamtimes.org/az/news/919387/papadan-qlobal-fəlakət-anonsu-dövlət-rəhbərləri-tədbirlər-görməsələr

Islam Times
  https://www.islamtimes.org