0
Wednesday 3 March 2021 - 10:03

Rus sülhməramlıları 30-dan çox mərmini zərərsizləşdirdi

Story Code : 919389
Rus sülhməramlıları 30-dan çox mərmini zərərsizləşdirdi
Publika.az xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 23 noyabr 2020-ci ildən bəri Qarabağda 1548 hektar ərazi, 484 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1524 mənzil tikintisi partlamamış hərbi sursatlardan təmizlənib, 24 994 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Aşkarlanan sursatların çıxarıldığı və xüsusi təchiz edilmiş poliqonda məhv edildiyi qeyd olunur. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində zərərsizləşdirilib.

Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənməsi bölməsinin heyəti Dağlıq Qarabağdakı əraziləri partlayıcı obyektlərdən təmizləməyə davam edir.