QR CodeQR Code

Zaxarova: ABŞ digər ölkələrə sanksiya tətbiq etmək əvəzinə öhdəliklərinə əməl etsin!

إسلام تايمز , 3 Mar 2021 12:38

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi qərarına cavab olaraq Moskvanın da qarşılıqlı cavab prinsipi ilə hərəkət edəcəyini bildirib.


Amerika Birləşmiş Ştatları ötən gün mübahisəli rusiyalı müxalifət lideri Aleksey Navalnıya dəstək adı altında yeddi yüksək vəzifəli rus məmuruna və 14 rus müəssisəsinə sanksiya tətbiq edib.

Daha əvvəl, bazar ertəsi günü, Avropa Birliyinə üzv 27 ölkə səfirləri Rusiya müxalifəti liderlərindən olan Aleksey Navalnının mühakimə olunmasında iştirak edənləri boykot etmək barədə qərar qəbul edib.

ABŞ-ın anti-Rusiya addımlarından danışan Zaxarova bildirib ki, Aleksey Navalnının zəhərlənməsi məsələsi rəsmi Vaşinqton üçün Rusiyanın daxili işlərinə müdaxilə etməyə yalnız bir bəhanədir.

Zaxarova bildirib ki, ABŞ bu gün daxili problemlərinin öhdəsindən gələ bilmədiyi, beynəlxalq öhdəliklərinə əməl etmədiyi üçün xarici bir problemi gündəmə gətirərək, ictimai fikiri yönləndirməyə çalışır.


Story Code: 919405

News Link :
https://www.islamtimes.org/az/news/919405/zaxarova-abş-digər-ölkələrə-sanksiya-tətbiq-etmək-əvəzinə-öhdəliklərinə-əməl-etsin

Islam Times
  https://www.islamtimes.org