QR CodeQR Code

İran Yəmənə qarşı təcavüzkarlara hərbi dəstəyi dayandırmağa çağırıb

Deyerler , 3 Mar 2021 14:51

İslamtimes - İranın BMT-nin Cenevrədəki daimi nümayəndəsi Esmail Bəqai, Yəməndəki qarşıdurmaya son qoyulması və ölkənin suverenliyini və siyasi müstəqilliyini qorumaq üçün səyləri artırmağa çağırıb. “Yəməndəki humanitar vəziyyətin həlli, əsas səbəblərin düzgün qiymətləndirilməsini və bunun aradan qaldırılması üçün siyasi iradə tələb edir. Yəmən xalqına qarşı qanunsuz güc tətbiqi, BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və öz müqəddəratını təyinetmə hüququ prinsipinə ziddir", - deyə Bəqai qeyd edib.


"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, BMT-nin Cenevrədəki daimi nümayəndəsi, Yəmən böhranında bəzi ölkələrin maliyyə yardımlarına toxunaraq, bundan, bu humanitar fəlakətə səbəb olanlar üçün örtük kimi istifadə edilməməli olduğunu qeyd edib. Onun sözlərinə görə, blokadanın sona çatdırılması və ölkəyə humanitar yardımın daxil olmasının asanlaşdırılması, hərbi müdaxiləni dayandırmaqla yanaşı prioritet olmalıdır. "İran yer üzündə ən pis humanitar fəlakətlə üzləşən Yəmən xalqının əzablarını azaltmaq üçün hər cür təşəbbüsü alqışlayır", - deyə Esmail Bəqai bildirib.
 


Story Code: 919434

News Link :
https://www.islamtimes.org/az/news/919434/iran-yəmənə-qarşı-təcavüzkarlara-hərbi-dəstəyi-dayandırmağa-çağırıb

Islam Times
  https://www.islamtimes.org