QR CodeQR Code

İran tərəfindən vurulduğu iddia edilən işğalçı İsrail gəmisi Fars körfəzini tərk edib (FOTO)

3 Mar 2021 15:23

İslamTimes: Ötən həftə Oman dənizində İran tərəfindən vurulduğu iddia edilən İsrail gəmisi Dubay limanında təmir edildikdən sonra Fars Körfəzini tərk edib.


SalamNews MarineTraffic.com-a istinadla xəbər verir ki, İsrailin “Helios Ray LTD” şirkətinə məxsus gəmi bu gün Hörmüz boğazını keçərək, Oman Sultanlığının sahilinə doğru irəliləməyə başlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Dəmmam limanından çıxan İsrail gəmisi ötən ayın 26-da Oman dənizində partlayışa məruz qalıb.

İsrail tərəfi bu hücumda İranı ittihamlandırsa da rəsmi Tehran bunu təkzib edib.

İsrail gəmiyə hücumla bağlı İrandan BMT Təhlükəsizlik Şurasına şikayət edib.


Story Code: 919444

News Link :
https://www.islamtimes.org/az/news/919444/iran-tərəfindən-vurulduğu-iddia-edilən-işğalçı-israil-gəmisi-fars-körfəzini-tərk-edib-foto

Islam Times
  https://www.islamtimes.org