QR CodeQR Code

İlhan Ömər Bin Salmana sanksiya tətbiq edilməsi ilə bağlı qanun layihəsi təqdim edib

إسلام تايمز , 3 Mar 2021 21:36

İslamTimes: ABŞ Nümayəndələr Palatasının Demokrat partiyasından olan üzvü, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinə Camal Kaşıkçının qətlə yetirilməsindəki roluna görə sanksiya tətbiq edilməsi barədə qanun layihəsi təqdim edib


Hill News xəbər agentliyinin məlumatına görə, ABŞ Prezidenti Co Bayden administrasiyası ötən həftə Səudiyyəli jurnalist Camal Kaşıkçının qətlinə görə onlarla Səudiyyə Ərəbistanından olan vəzifəli şəxsə sanksiya tətbiq etsə də, CIA-nın kəşfiyyat hesabatında Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın jurnalistin qətlində əsas iştirakçı olmasını qeyd etməsinə baxmayaraq şahzadə Məhəmməd Bin Salmana heç bir cəza tətbiq etməyib.

İlhan Ömər çərşənbə axşamı açıqlama verərək deyib: "Məhəmməd bin Salmanın boykotu humanizm, insani dəyərlərə nə dərəcədə hörmət etdiyimizlə bağlı bir sınaqdır!"

O əlavə edib: "Əgər ABŞ həqiqətən ifadə azadlığını, demokratiyanı və insan haqlarını dəstəkləyirsə, o zaman ölkəmizin kəşfiyyat xidməti tərəfindən Camal Kaşıkçının Məhəmməd bin Salmanın əmri ilə öldürülməsini təsdiqləyən hesabata əsasən Səudiyyə şahzadəsinə sanksiya tətbiq edilməlidir!"


Story Code: 919496

News Link :
https://www.islamtimes.org/az/news/919496/ilhan-ömər-bin-salmana-sanksiya-tətbiq-edilməsi-ilə-bağlı-qanun-layihəsi-təqdim-edib

Islam Times
  https://www.islamtimes.org