0
Thursday 4 March 2021 - 09:47

Təklifimizi Ərəbistan niyə özünə təhlükə sayır? - Tehran

Story Code : 919567
Təklifimizi Ərəbistan niyə özünə təhlükə sayır? - Tehran
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

“Biz real regional dialoq aparmaq istəyirik və Səudiyyə bu məsələni ona qarşı yönələn təhlükə kimi qəbul etməməlidir. Bütün tərəflər, o cümlədən Ər-Riyad Yəmən xalqının iztirablarına və onun əleyhinə olan müharibəyə son qoymaq üçün çalışmalıdır”, - deyə iranlı rəsmi bildirib.

Xatırladaq ki, 2019-cu ilin 25 sentyabrında İran Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasında “Hörmüz Sülh Təşəbbüsü” layihəsini təqdim etmişdi.