QR CodeQR Code

Husilər Səudiyyə Ərəbistanın Ciddə şəhərində neft bazasını hədəfə aldıqlarını bildiriblər

4 Mar 2021 11:16

İslamTimes: “Yəmənin Raket Qüvvələri Səudiyyə Ərəbistanın Ciddə şəhərində Aramco şirkətini hədəfə alıb.”


SalamNews  xəbər verir ki, bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Səri deyib.

O rəsmi tvitter səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərində Aramco şirkətinin neft bazası vurulub.

Əlavə edilib ki, hücum “Qüds-2” adlı qanadlı raketlə həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı Yəməndən atılan PUA-ların Xams-Mşit bölgəsi səmasında vurulduğunu bildirib.

Bu arada Reuters məlumat verib ki, ABŞ rəsmiləri Ənsarullah hərəkatının nümayəndələrilə Oman Sultanlığında görüşüb, atəşkəsin bərpa edilməsi məsələsini müzakirə edəcəklər.


Story Code: 919589

News Link :
https://www.islamtimes.org/az/news/919589/husilər-səudiyyə-ərəbistanın-ciddə-şəhərində-neft-bazasını-hədəfə-aldıqlarını-bildiriblər

Islam Times
  https://www.islamtimes.org