QR CodeQR Code

Makron Fransa ordusunun Əlcəzair əsgərinə işgəncə verərək öldürdüyünü etiraf edib

4 Mar 2021 11:44

İslamTimes: Fransa prezidenti Fransa ordusunun Əlcəzair azadlıq döyüşçüsünə işgəncə vermək və öldürmək cinayətini etiraf edib.


Makron Əlcəzairin azadlıq uğrunda mübarizə aparan Əli Bumendjelin ölkənin istiqlal müharibəsi zamanı işgəncə verildiyini və sonra öldürüldüyünü etiraf edib. Etiraf Bumendjelin nəvələrinin iştirakı ilə edilib.

"Deyerler.org"un Yaxın Şərq KİV-nə istinadən verdiyi xəbərə görə, Yelisey Sarayından edilən açıqlamada, Bumendjel Əlcəzairdə döyüş zamanı Fransa ordusu tərəfindən tutulduğu və işgəncə verildikdən sonra, 1957-ci il martın 23-ü öldürüldüyü bildirilir. Makron Bumendjelin nəvələrinə onun özünü intihar etmədiyini, ona işgəncə verilərək öldürüldüyünü deyib. Açıqlamada deyilir: "2000-ci ildə Əlcəzairdəki Fransa kəşfiyyatının keçmiş başçısı Pol Ossares, Bumendjelə sui-qəsd əmrini verdiyini və qətli intihar elan etdiyini etiraf edib".

Fransa prezidenti əvvəllər Əlcəzairin müstəqillik uğrunda mübarizəsinə dair araşdırma komitəsini yaratmağa razı oldu və müstəmləkə dövründə Fransanın törətdiyi vəhşiliyinə görə heç vaxt üzr istəmədi. Əlcəzair dəfələrlə Fransanı müstəmləkəçilik dövründə xalqa çəkdirilən əzabları rəsmən tanımağa çağırdı. Makron Fransada prezidentliyi dövründə Əlcəzairə qarşı Fransa müstəmləkəçiliyinin insanlığa qarşı cinayət olduğunu söylədi.


Story Code: 919594

News Link :
https://www.islamtimes.org/az/news/919594/makron-fransa-ordusunun-əlcəzair-əsgərinə-işgəncə-verərək-öldürdüyünü-etiraf-edib

Islam Times
  https://www.islamtimes.org