QR CodeQR Code

Yəmən rəsmisi: Maribin əksər əraziləri azad edilib!

إسلام تايمز , 4 Mar 2021 14:27

İslamTimes: Xarici işlər nazirinin müavini Hüseyn əl-Azinin çərşənbə günü verdiyi məlumata görə, strateji Marib şəhərindəki 14 bölgədən 10-u artıq azad edilib.


Əl-Azi CNN kanalı ilə müsahibəsi zamanı deyib: "Marib vilayətinin əksər bölgələri hökumətin (Milli Qurtuluş hökuməti) əlindədir. Marib 14 bölgədən ibarətdir. Şəhər mərkəzi daxil olmaqla iki bölgə istefaya göndərilmiş hökumətin nəzarəti altındadır. Bu iki bölgədə qarşıdurmalar davam edir. Digər bölgələr isə artıq Husi qüvvələrin, xalqın nəzarətindədir."

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti Əl-Cəzirə telekanalına verdiyi açıqlamada deyib: "Amerika nümayəndə heyətinə bildirdik ki, Yəmənə təcavüzə son verilənədək hücumlarımızı davam etdirəcəyik!"

Yəmən ordusu və xalq komitələri təcavüzkar strateji və neftlə zəngin Marib şəhərində böyük nailiyyətlər əldə etdiyindən Səudiyyə-BƏƏ koalisiyası və onların Qərb ölkələrindəki müttəfiqləri etiraz etməyə, səslərini ucaltmağa başlayıb...


Story Code: 919624

News Link :
https://www.islamtimes.org/az/news/919624/yəmən-rəsmisi-maribin-əksər-əraziləri-azad-edilib

Islam Times
  https://www.islamtimes.org