0
Thursday 4 March 2021 - 14:27

Yəmən rəsmisi: Maribin əksər əraziləri azad edilib!

Story Code : 919624
Yəmən rəsmisi: Maribin əksər əraziləri azad edilib!
Əl-Azi CNN kanalı ilə müsahibəsi zamanı deyib: "Marib vilayətinin əksər bölgələri hökumətin (Milli Qurtuluş hökuməti) əlindədir. Marib 14 bölgədən ibarətdir. Şəhər mərkəzi daxil olmaqla iki bölgə istefaya göndərilmiş hökumətin nəzarəti altındadır. Bu iki bölgədə qarşıdurmalar davam edir. Digər bölgələr isə artıq Husi qüvvələrin, xalqın nəzarətindədir."

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Bəxiti Əl-Cəzirə telekanalına verdiyi açıqlamada deyib: "Amerika nümayəndə heyətinə bildirdik ki, Yəmənə təcavüzə son verilənədək hücumlarımızı davam etdirəcəyik!"

Yəmən ordusu və xalq komitələri təcavüzkar strateji və neftlə zəngin Marib şəhərində böyük nailiyyətlər əldə etdiyindən Səudiyyə-BƏƏ koalisiyası və onların Qərb ölkələrindəki müttəfiqləri etiraz etməyə, səslərini ucaltmağa başlayıb...