QR CodeQR Code

Nəim Qasim: İsrail hücum etsə, onlara unudulmaz bir dərs verəcəyik!

إسلام تايمز , 4 Mar 2021 18:22

İslamTimes: Livan Hizbullah Təşkilatının baş katibinin müavini deyib: "Sionist rejimlə gələcək münaqişə işğal olunmuş ərazilərdə baş tuta bilər. Biz hər an bu müharibəyə hazırıq. Onlara heç vaxt unutmayacaqları bir dərs verəcəyik."


Əl-Mayadin saytının verdiyi məlumata görə, Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim bildirib ki, sionist düşmən, meydanın onlar üçün əlverişli olmadığını başa düşməlidir. Bu gün müharibə başlasa, bu işğal olunmuş ərazilərdə gerçəkləşəcək və Hizbullah hər an işğalçı rejimlə qarşı-qarşıya gəlməyə hazırdır. Biz onlara heç vaxt unutmayacaqları bir dərs verəcəyik!"

Şeyx Nəim Qasim əlavə edib ki, ABŞ və Sionist rejimin bu dönəmdə hücum edəcəyi gözlənilmir, lakin Hizbullah heç bir təcavüzü cavabsız qoymur.

O daha sonra deyib: "ABŞ səfirliyinin Hizbullaha qarşı fəaliyyət göstərmək üçün iki Livan media orqanı ilə müqavilə bağladığı və onları maliyyələşdirdiyi barədə məlumatlar əldə etmişik. ABŞ iki televiziya kanalından gündəlik olaraq Hizbullah əleyhinə müxtəlif xəbərlər yaymasını istəyib. "


Story Code: 919657

News Link :
https://www.islamtimes.org/az/news/919657/nəim-qasim-israil-hücum-etsə-onlara-unudulmaz-bir-dərs-verəcəyik

Islam Times
  https://www.islamtimes.org