0
Saturday 6 March 2021 - 00:07

Türkiyə ilə Rusiya arasında ciddi gərginlik!

Story Code : 919895
Türkiyə ilə Rusiya arasında ciddi gərginlik!
Suriyanın Cerablus və Əl-Bab bölgələrində iki müxtəlif nöqtə ballistik raketlə vurulub.

Neft emalı ərazisinə atılan ballistik raketlərdən sonra bir çox neft tankerində partlayış baş verib. Bu bölgə Türkiyənin "Fırat Qalxanı" əməliyyat bölgəsi yaxınlığındadır.

Partlayış nəticəsində 1 nəfər ölüb, 18-nəfər yaralanıb. Ölü və yaralıların sayının artacağı gözlənilir.

Hücumu kimin etdiyi barədə məlumat verilməyib. Amma bəzi media orqanları raketin Rusiya tərəfindən atıldığını və Türkiyənin də cavab zərbələri endirdiyini yazıb.