0
Saturday 6 March 2021 - 11:14

Ali dini rəhbər: “Koronavirusla mübarizə üçün tövsiyələrə əməl edin”

Story Code : 919954
Ali dini rəhbər: “Koronavirusla mübarizə üçün tövsiyələrə əməl edin”
Deyerler.org Khamenei.ir-ə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei hər il olduğu kimi bu gün (5 mart) də “Təbiət həftəsi” münasibətilə ağac əkib.
 
Ağac əkmə mərasimindən sonra çıxış edən Ali Dini Rəhbər, koronavirus epidemiyasının son vəziyyətinə toxunaraq, belə deyib: “Keçən il bayram tətilində xalqımız bütün tövsiyələrə əməl etdi və böyük fəlakəti ölkədən uzaqlaşdırdı. Ancaq bu il təhlükə getdikcə daha geniş yayılıb. Yəni bu il hər kəsin tövsiyələrə əməl etməsi lazımdır.
 
Koronavirusla Mübarizə üzrə Milli Şuranın tövsiyələrinə əməl olunmalıdır. Səyahət etmək qadağandırsa, insanlarımız səyahət etməməlidir. Mən də qətiyyən keçən il olduğu kimi, bu il də səfərə çıxmayacam”.
 
Ali Dini Rəhbər koronavirus epidemiyasının xalqın dolanışığına etdiyi təsirlərinə diqqət çəkərək, belə deyb: “Əgər epidemiyanın yayılması davam edərsə, insanların yaşayış şəraitindəki problemlər artacaq. Bu səbəbdən epidemiyanın ən qısa müddətdə aradan qaldırılması üçün hər kəsin bir və bərabər olması çox vacibdir”.
 
Source : Deyerler
Tagged
xamenei
Comment