QR CodeQR Code

Fransanın Lion şəhərində növbəti dəfə iğtişaşlar olub

7 Mar 2021 00:51

İslamTimes: Fransanın Lion şəhəri yaxınlığındakı Bron kommunasında naməlum şəxslər iğtişaşlar törədib, polislə toqquşmalar təşkil ediblər.


APA xəbər verir ki, bu barədə “Proqre” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, iğtişaşlar zamanı bir neçə avtomobil yandırılıb, iştirakçılar zibil qutularını yandırıb, küçələrdə hərəkəti çətinləşdiriblər.

Fransanın daxili işlər naziri Jerald Darmanen Bronda keçirilmiş xüsusi əməliyyat zamanı beş nəfərin saxlanıldığını bildirib. Ümumilikdə isə Lion metropolitenində 21 nəfər həbs olunub.


Story Code: 920094

News Link :
https://www.islamtimes.org/az/news/920094/fransanın-lion-şəhərində-növbəti-dəfə-iğtişaşlar-olub

Islam Times
  https://www.islamtimes.org