QR CodeQR Code

Putin Ali dini Rəhbərin məktubunu cavablandırdı

7 Mar 2021 08:25

İslamTimes: Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfiri Ali Dini Lider Ayətullah Seyyid Əli Xamenei cənabları ilə görüşüb.


“Report”un məlumatına görə, bunu “TASS”a Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov deyib.

Onun sözlərinə görə, səfir Vladimir Putinin cavab məktubunu İranın ali rəhbərinə təqdim edib.

“Məktub ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də beynəlxalq problemlərin həlli barədədir. Görüşdə həmçinin ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət də iştirak edib”.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfəri zamanı İranın ali rəhbərinin məktubunu Rusiya liderinə təqdim etmişdi.
 


Story Code: 920125

News Link :
https://www.islamtimes.org/az/news/920125/putin-ali-dini-rəhbərin-məktubunu-cavablandırdı

Islam Times
  https://www.islamtimes.org