0
Sunday 7 March 2021 - 10:31

ABŞ-da üç günahsız məhbus 20 ildən sonra sərbəst buraxıldı

Story Code : 920126
ABŞ-da üç günahsız məhbus 20 ildən sonra sərbəst buraxıldı
Modern.az xəbər verir ki, bu barədə “Daily Beast” yazıb.

ABŞ vətəndaşları olan Corc Bell, Roan Bolt və Qari Conson şəhər ərazisindəki qəbzlərin nağdlaşdırılması xidmətini qarət etməkdə və ikiqat qətl törətməkdə təqsirli bilinərək həbs olunmuşdular. 20 il keçdikdən sonra məhkəmə müdafiə tərəfinin dəlillərinə təkrarən baxıb və hökmü ləğv edib.

İstintaq araşdırması 1996-cı ildə başladılmışdı. Hüquq-mühafizə orqanları əsl günahkarları axtarmaqda davam edir.