QR CodeQR Code

ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini 1 il artırıb

Maide , 7 Mar 2021 12:22

İslamtimes - ABŞ Prezidenti Cozef Bayden 1995-ci ildə Bill Klinton administrasiyası zamanı İran əleyhinə tətbiq edilmiş sanksiyalar rejiminin müddətini 1 il müddətinə artırıb.


“Report”un məlumatına görə, bu barədə Ağ Evin yaydığı press-relizdə deyilir.

 
Bayden 1995-ci ildə elan edilmiş İran barəsində "fövqəladə vəziyyət"in müddətini növbəti ilə qədər uzatması ilə bağlı Konqresə bildiriş göndərib.
 
Bildiriş federal reyestrdə - ABŞ hökumətinin rəsmi sənədlər toplusunda dərc ediləcək.


Story Code: 920146

News Link :
https://www.islamtimes.org/az/news/920146/abş-prezidenti-irana-qarşı-sanksiyaların-müddətini-1-il-artırıb

Islam Times
  https://www.islamtimes.org