0
Sunday 7 March 2021 - 18:09

Çin: ABŞ İrana qarşı amansız sanksiyaları ləğv etməlidir!

Story Code : 920182
Çin: ABŞ İrana qarşı amansız sanksiyaları ləğv etməlidir!
Çinin Xarici İşlər Naziri Vanq Yi deyib:
“Son dörd ildə ABŞ HBFP sazişindən çıxaraq müqaviləni pozdu və İrana maksimum təzyiq siyasəti uyğuladı. ABŞ-ın bu qərarı Qərbi Asiyada gərginliyi ən yüksək səviyyəyə çatdırdı."

Vanq Yi əlavə edib:
"Bu gün ABŞ-ın yeni hökuməti bir neçə il öncə İranla imzalanmış HBFP razılaşmasına qayıtmaq istədiyini söyləyir. Ümid edirik ki, ABŞ ən qısa müddətdə hərəkətə keçərək, əməldə də xoş niyyətli olduğunu göstərəcək və düşmənçilikləri kənara qoyub, İrana qarşı maksimum təzyiq, birtərəfli sanksiyaları ləğv edəcək..."