0
Monday 8 March 2021 - 10:21

Yəmən ordusu Səudiyyə Ərəbistanına zərbələr endirdi

Story Code : 920279
Yəmən ordusu Səudiyyə Ərəbistanına zərbələr endirdi
Bu barədə “Al-Masirah” televiziya kanalı Yəmən ordusunun rəsmisi briqada generalı Yəhya Sariya istinadən məlumat verib.
“Hərbi Hava Qüvvələrimizin raket bölmələri 14 PUA və 8 ballistik raketdən istifadə etməklə iri hücum əməliyyatı keçirməyə nail olub”, - deyə Yəhya Sari bildirib.
Zərbələrin xüsusilə “Aramco” neft şirkətinin Ras-Tanurda yerləşən neft yükləmə obyektlərinə endirildiyi qeyd edilib. Bundan əlavə zərbələr Əsir cə Cizan vilayətlərinə endirilib.
General Yəhya Sari zərbələrin sayca 6-cı olduğunu və Səudiyyə Ərəbistanı təcavüzünün qarşısının alınması istiqamətində olduğunu qeyd edib. Səudiyyə Ərəbistnına zərbələrdə 10 ədəd “Samad-3” PUA-sı, 4 ədəd “Qasif-2” 1 ədəd “Zülfüqar” ballistik raketi və 7 ədəd “Bədr” raketindən istifadə edildiyi diqqətə çatdırılıb. /Eastnews/