QR CodeQR Code

Səudiyyə vuruldu qara qızılın bir bareli 71 dollara çatdı

8 Mar 2021 10:54

İslamTimes: Səudiyyədə neft təsisatlarının hədəfə alınması fonunda qara qızılın bir barelinin qiyməti 71 dollara çatıb


SalamNews xəbər verir ki, ötən gecə Səudiyyə Ərəbistanın böyük neft təsisatlarının yerləşdiyi Rəs-Tənnura limanının hədəfə alınması fonunda, qara qızılın qiymətində də mülahizə ediləcək dərəcədə artım baş tutub.

Məlumata görə, brent markalı neftin bir barelinin qiyməti ötən il yanvarın 8-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.

Bu neftin may fyuçerslərinin qiyməti 1,78% artaraq, bir barel üçün 70,78 dollara çatıb.

Qeyd edək ki, ötən gecə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” (husilər) Yəmənə endirilən hava zərbələrinə cavab olaraq, Səudiyyə Ərəbistanın şərqində Aramco şirkətinin təsisatlarını hədəfə aldıqlarını bildiriblər. Səudiyyə Ərəbistanın Enerji Nazirliyi bu hücumun təkcə Səudiyyə Ərəbistanın deyil, dünya enerji resurslarını təhlükə altında qoyacağını bəyan edib.


Story Code: 920280

News Link :
https://www.islamtimes.org/az/news/920280/səudiyyə-vuruldu-qara-qızılın-bir-bareli-71-dollara-çatdı

Islam Times
  https://www.islamtimes.org