QR CodeQR Code

Minlərlə amerikalı yenidən etirazlara başladı

إسلام تايمز , 8 Mar 2021 13:25

İslamTimes: Minlərlə amerikalı Corc Floydun qatilinin məhkəməsi ərəfəsində Minneapolisdə küçələrə çıxaraq aksiya keçirib


Bazar günü ağdərili polis məmuru Derek Çauvinin məhkəməsi ərəfəsində minlərlə amerikalı küçələrə axışaraq irqçiliyə, polis zorakılığına qarşı etiraz aksiyası keçiriblər. Nümayişçilər Corc Floydu boğaraq öldürən polis məmuruna qarşı ədalətli hökm çıxarılmasını və onun cəzasız qalmamasını tələb ediblər.

Qeyd edək ki, ötən il mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polis məmuru Derek Çauvin onu dizi ilə boğaraq, Floydun dəfələrlə "nəfəs ala bilmirəm" deməsinə baxmayaraq, qaradərili Floydu dəhşətli amansızlıqla qətlə yetirmişdi.

Hadisədən bir müddət sonra qətldə şübhəli bilinən 3 polis məmuru 750 min dollar ödədikdən sonra şərti azadlığa buraxılmışdı.


Story Code: 920324

News Link :
https://www.islamtimes.org/az/news/920324/minlərlə-amerikalı-yenidən-etirazlara-başladı

Islam Times
  https://www.islamtimes.org