QR CodeQR Code

İmam Kazımın (ə) şəhadəti münasibətilə İmam Rzanın (ə) hərəminin günbəzində qara bayraq yüksəldildi

8 Mar 2021 16:06

İslamtimes - Əhli-Beytin (ə) yeddinci nuru İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin növbəti ildönümünün yaxınlaşması münasibətilə İranın Məşhəd şəhərində İmam Rzanın (ə) hərəminin günbəzində qara bayraq yüksəldilib.


 
Maide.Az  xəbər verir ki, İmam Museyi Kazım (ə) hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək, şəhadət məqamına yüksəlib.
 
İmam Museyi Kazımın (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə sabah İmam Rzanın  (ə) hərəminin İmam Xomeyni adına səhnində  əzadarlıq məclisi təşkil olunacaq.


Story Code: 920348

News Link :
https://www.islamtimes.org/az/news/920348/imam-kazımın-ə-şəhadəti-münasibətilə-rzanın-hərəminin-günbəzində-qara-bayraq-yüksəldildi

Islam Times
  https://www.islamtimes.org