0
Monday 8 March 2021 - 17:30

Səudiyyə rejimi neft limanına və “Aramco”ya edilən hücumları təsdiqlədi

Story Code : 920360
Səudiyyə rejimi neft limanına və “Aramco”ya edilən hücumları təsdiqlədi

Deyerler.org xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi SPA-nın Enerji Nazirliyinin rəsmilərinə əsaslanan xəbərinə görə, dünən (7 mart) ölkənin şərqindəki Ras Tanura bölgəsinə edilən hücumda tələfat və dağıntıların olmadığı qeyd edilib.
 
Xəbərdə, şərqdəki Zahran şəhərindəki “Saudi Aramco” obyektlərinə axşam saatlarında ballistik raketlərlə hücum edildiyi vurğulanıb.
 
Səudiyyə rejiminin Müdafiə Nazirliyinin sözçüsü Turki Əl-Maliki də Energetika Nazirliyinin verdiyi açıqlamalara diqqət çəkərək, Zahran şəhərindəki Ras Tanura Limanı və Aramco obyektlərinə edilən hücumların ləğv edildiyini bildirib.
 
Sözçü bu cür hücumların Səudiyyə rejimini, dünya ticarətini və neft daşımasını hədəfə aldığına diqqət çəkib.
 
Source : Deyerler
Tagged
aramco
Comment