0
Monday 8 March 2021 - 19:17

Nyu-York qubernatoru 5 qadına təcavüz edib?

Story Code : 920373
Nyu-York qubernatoru 5 qadına təcavüz edib?
"New York Times" qəzetinin verdiyi məlumata görə, daha iki qadın Nyu-York ştatının qubernatoru Endryu Kuomonun onlara təcavüz etdiyini iddia edib. Bununla da uyğun iddia ilə Kuomoya qarşı iddia qaldıran xanımların sayı 5-ə çatıb. Amma bütün bu qalmaqallı xəbərlərə baxmayaraq Nyu-York ştatı qubernatoru istefa barədə düşünmədiyini bildirib.

Endryu Kuomo bu əxlaq normalarına zidd əməllə bağlı ittihamları rədd edərək, uyğun ittihamların onun siyasi fəaliyyətini dayandırmasına səbəb olmayacağını söyləyib. O hələ ki, məhkəmənin bu mövzu ilə bağlı sübutlar topladığını söyləyərək, "hər şey bitdikdən sonra bu haqda danışarıq" deyib.