QR CodeQR Code

Mariya Zaxarova: "Belə olan halda kişi öz kişiliyini itirir"

9 Mar 2021 09:20

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, evin başçısı kişidir.


Publika.az xəbər verir ki, o, bu barədə “Mir” televiziyasına müsahibəsi zamanı bildirib.

“Hesab edirəm ki, evin başçısı kişidir. Mənim kişiyə rəhbərlik etmək kimi bir istəyim yoxdur. Belə olan halda kişi öz kişiliyini itirir”, - deyə Zaxarova bəyan edib.

Diplomat qeyd edib ki, yaxınları onu daha çox televizor vasitəsilə görürlər. Onun fikrincə, iş fəaliyyətinə görə nələrdənsə imtina etmək qaçılmazdır.

M.Zaxarova həm yaxşı ana, həm də yaxşı həyat yoldaşı olmağa çalışdığını deyib.


Story Code: 920465

News Link :
https://www.islamtimes.org/az/news/920465/mariya-zaxarova-belə-olan-halda-kişi-öz-kişiliyini-itirir

Islam Times
  https://www.islamtimes.org