0
Tuesday 9 March 2021 - 12:06

Sərt karantinlə bağlı daha bir açıqlama: Qaçılmaz olacaq...

Story Code : 920490
Sərt karantinlə bağlı daha bir açıqlama: Qaçılmaz olacaq...
Publika.az xəbər verir ki, bununla bağlı həkim infeksionist Vüqar Cavadzadə Xəzər TV-yə açıqlama verib.

O vurğulayıb ki, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur. Əgər artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq.

Həkim infeksionist Vüqar Cavadzadə ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb. Risk qrupuna daxil olan şəxslərin vaksinasiya etdirməsinin vacibliyini qeyd edib.

İnkesionist bildirib ki, dövlətimiz tərəfindən ölkəmizə kifayət qədər vaksin gətirilib. Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.