QR CodeQR Code

Rusiya və Belarus hərbçilərinin birgə təlimi keçiriləcək

10 Mar 2021 08:26

İslamTimes: Rusiya hərbçiləri ilə birgə təlimlərdə iştirak etmək üçün Belarus ordusunun 70-dən çox şəxsi heyəti Nijni Novqoroda gəlib.


APA xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərbi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı hər iki ölkənin hərbçilərinin iştirakı ilə İvanovo vilayətindəki hava limanında təntənəli mərasim keçirilib.

“Mulino” poliqonunda baş tutacaq hərbi təlimdə Rusiya və Belarus hərbçiləri hücum və müdafiə qabiliyyəti, pilotsuz təyyarələrə qarşı mübarizə, habelə motoatıcı bölmələrin, snayperlərin qarşılıqlı fəaliyyəti nümayiş etdirəcək. Təlimlərə “BTR-82A” zirehli personal daşıyıcıları, “BMP-2” döyüş maşınları və “T-72B3” tankları da cəlb ediləcək.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyindən bildirilib ki, sözügedən təlim iki dövlətin silahlı qüvvələrinin sentyabr ayında "Qərb-2021" şərti adı altında keçiriləcək birgə strateji təlimlərə hazırlıq məqsədilə reallaşdırılan növbəti mərhələdir.
 


Story Code: 920617

News Link :
https://www.islamtimes.org/az/news/920617/rusiya-və-belarus-hərbçilərinin-birgə-təlimi-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org