0
Wednesday 10 March 2021 - 08:26

Rusiya və Belarus hərbçilərinin birgə təlimi keçiriləcək

Story Code : 920617
Rusiya və Belarus hərbçilərinin birgə təlimi keçiriləcək
APA xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Qərbi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı hər iki ölkənin hərbçilərinin iştirakı ilə İvanovo vilayətindəki hava limanında təntənəli mərasim keçirilib.

“Mulino” poliqonunda baş tutacaq hərbi təlimdə Rusiya və Belarus hərbçiləri hücum və müdafiə qabiliyyəti, pilotsuz təyyarələrə qarşı mübarizə, habelə motoatıcı bölmələrin, snayperlərin qarşılıqlı fəaliyyəti nümayiş etdirəcək. Təlimlərə “BTR-82A” zirehli personal daşıyıcıları, “BMP-2” döyüş maşınları və “T-72B3” tankları da cəlb ediləcək.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyindən bildirilib ki, sözügedən təlim iki dövlətin silahlı qüvvələrinin sentyabr ayında "Qərb-2021" şərti adı altında keçiriləcək birgə strateji təlimlərə hazırlıq məqsədilə reallaşdırılan növbəti mərhələdir.