QR CodeQR Code

Rusiya ABŞ-a xəbərdarlıq etdi: “Bu birbaşa kiber cinayət sayılacaq”

10 Mar 2021 09:08

İslamTimes: Kremlin sözçüsü ABŞ-ın Rusiyaya qarşı bir sıra kiber hücumlar planlaşdırdığını iddia edən xəbərə reaksiya verərək, bunun kiber cinayətlərin çərçivəsinə girəcəyi barədə xəbərdarlıq edib.


Peskova Nyu-York Tayms qəzetinin ABŞ-ın mərkəzi ofisi Texasda yerləşən SolarWinds proqram şirkətinə edilən kiber hücumdan sonra, Rusiyaya qarşı gizli kiber hücum hazırladığı xəbərinə dair sual verilib.

Suala cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov bunun həyəcanverici bir məlumat olduğunu söyləyib və xəbərdarlıq edib: “Bu birbaşa beynəlxalq kiber cinayət olacaq”.

ABŞ SolarWinds proqram şirkətinə edilən kiber hücumun arxasında Rusiyanın olduğunu iddia edir, lakin sözügedən iddia Rusiya səlahiyyətliləri tərəfindən rədd edilir.

Kremlin sözçüsü bu gün bir daha sözügedən iddianı rədd edib: “Dəfələrlə söylədiyimiz kimi, Rusiya dövlətinin bu kimi kiber cinayətlərlə heç bir əlaqəsi yoxdur və olmayıb”. /Deyerler/


Story Code: 920620

News Link :
https://www.islamtimes.org/az/news/920620/rusiya-abş-a-xəbərdarlıq-etdi-bu-birbaşa-kiber-cinayət-sayılacaq

Islam Times
  https://www.islamtimes.org