QR CodeQR Code

Vaşinqton Post: “Tramp Respublikaçılar partiyasnı girov götürüb”

10 Mar 2021 12:54

İslamTimes: Vaşinqton Post (The Washington Post) qəzeti keçmiş prezidentin hakimiyyətdən getməsindən sonra, Tramp və Respublikaçılar partiyası arasındakı münasibətləri təsvir etmək üçün "girov vəziyyəti" ifadəsindən istifadə edib.


Qəzet bu ifadəni izah edərək, Ağ Evdə olduğu dövrdə Trampın müttəfiqi olan respublikaçı senator Lindsi Qrem arasındakı münasibətlərə toxunaraq, Qremin 2016-cı ildə Trampı ciddi şəkildə qınadığını və onun Respublikaçılar partiyasını məhv edəcəyini dəfələrlə bildirdiyini qeyd edib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Tramp hakimiyyətə gəldikdən sonra isə, Qrem ABŞ Senatındakı müttəfiqlərindən biri oldu. Əlbəttə ki, o, Tramp ilə ittifaqının fikir birliyi deyil, bir növ məqsədəuyğun ittifaq olduğunu açıq şəkildə bildirdi. Vaşinqton Postun verdiyi xəbərə əsasən, Qrem verdiyi müsahibəsində Tramp ilə Respublikaçılar partiyasının əlaqələrini "girov vəziyyəti" adlandırıb. “Tramp Respublikaçılar partiyasının başqalarının edə bilməyəcəyi bir şeyə çevirə bilər. Respublikaçılar üçün ən yaxşı ssenari, Trampın olmamasındansa onun olmasıdır”, - deyə Qrem bildirib.


Story Code: 920663

News Link :
https://www.islamtimes.org/az/news/920663/vaşinqton-post-tramp-respublikaçılar-partiyasnı-girov-götürüb

Islam Times
  https://www.islamtimes.org