0
Wednesday 10 March 2021 - 12:54

Vaşinqton Post: “Tramp Respublikaçılar partiyasnı girov götürüb”

Story Code : 920663
Vaşinqton Post: “Tramp Respublikaçılar partiyasnı girov götürüb”
Qəzet bu ifadəni izah edərək, Ağ Evdə olduğu dövrdə Trampın müttəfiqi olan respublikaçı senator Lindsi Qrem arasındakı münasibətlərə toxunaraq, Qremin 2016-cı ildə Trampı ciddi şəkildə qınadığını və onun Respublikaçılar partiyasını məhv edəcəyini dəfələrlə bildirdiyini qeyd edib.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, Tramp hakimiyyətə gəldikdən sonra isə, Qrem ABŞ Senatındakı müttəfiqlərindən biri oldu. Əlbəttə ki, o, Tramp ilə ittifaqının fikir birliyi deyil, bir növ məqsədəuyğun ittifaq olduğunu açıq şəkildə bildirdi. Vaşinqton Postun verdiyi xəbərə əsasən, Qrem verdiyi müsahibəsində Tramp ilə Respublikaçılar partiyasının əlaqələrini "girov vəziyyəti" adlandırıb. “Tramp Respublikaçılar partiyasının başqalarının edə bilməyəcəyi bir şeyə çevirə bilər. Respublikaçılar üçün ən yaxşı ssenari, Trampın olmamasındansa onun olmasıdır”, - deyə Qrem bildirib.