0
Wednesday 10 March 2021 - 14:11

Azərbaycana 4 milyon doza "Coronavac" vaksininin alınması üçün müqavilənin dəyəri açıqlanıb

Story Code : 920683
Azərbaycana 4 milyon doza "Coronavac" vaksininin alınması üçün müqavilənin dəyəri açıqlanıb
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Məlumata əsasən, müqaviləyə görə, Çin Xalq Respublikasının “Sinovac” şirkətinin  istehsal etdiyi və klinik  sınaq mərhələlərini  keçmiş  COVID-19  vaksininin 2 mln.  əhali üçün cəmi 4 mln. vaksin  dozasının əldə olunması nəzərdə tutulub. Müqavilənin dəyəri 85158. 5 min manat təşkil edir.