QR CodeQR Code

"Ağ Ev utanmasın, HBFP sazişinə qayıtsın..."

إسلام تايمز , 10 Mar 2021 16:56

İslamTimes: İran prezidenti Ağ Evi utanmadan HBFP sazişinə geri dönməyə çağırıb


İran İslam Respublikasının prezidenti Həsən Ruhani yeni ABŞ hökumətinə səslənərək, "utanmayın İranla imzaladığınız HBFP sazişinə geri dönün" deyərək mesaj ünvanlayıb.

Həsən Ruhani bu gün yalnız işğalçı İsrail rejimi və bəzi diktatorluq hökm sürən ərəb ölkələrinin İrana sanksiya tətbiq edilməsini istədiyini bildirib.

İran prezidenti Ağ Ev rəsmilərinə müraciətlə deyib: "Utanmayın, qanun çərçivəsində davranmağa geri dönün. Beynəlxalq qanunların, öhdəçiliklərinizin icrasını bu gün-sabaha salmayın. Bilin ki, İnqilab Rəhbəri Ayətullah Xameneinin də söylədiyi kimi siz öhdəçiliklərinizə geri dönəndən dərhal sonra biz də öhdəçiliklərimizə dönəcəyik."


Story Code: 920734

News Link :
https://www.islamtimes.org/az/news/920734/ağ-ev-utanmasın-hbfp-sazişinə-qayıtsın

Islam Times
  https://www.islamtimes.org