QR CodeQR Code

AB: Nüvə sazişinin doğru yola yönəlməsi üçün təlaş göstəririk

إسلام تايمز , 10 Mar 2021 17:38

İslamTimes: Cozef Borrel HBFP (Hərtərəfli Birgə Fəaliyyət Planı) sazişi iştirakçıları ilə sıx bağlantılar yaratmaqla danışıqlar aparır


"Wall Street Journal" nəşriyyəsi bildirib ki, İran tərəfi Avropa Birliyinin HBFP sazişi ilə bağlı bu günədək yalnız puç vədlər verdiyini söyləsə də, AB sözçüsü Piter Stano Cozef Borrelin yenidən Amerika ilə İranı, o cümlədən HBFP sazişini doğru yola yönəltmək üçün təlaş göstərdiyini bildirib.

Piter Stano bildirib ki, Cozef Borrel HBFP (Hərtərəfli Birgə Fəaliyyət Planı) sazişi iştirakçıları ilə sıx bağlantılar yaratmaqla danışıqlar aparır və bu sazişi yenidən canlandırmaq üçün əlindən gələni əsirgəmir. Stano Borrelin fəaliyyətləri barədə şərh verməyib.

Qeyd edək ki, Amerika təqribən 3 il öncə ödəçiliklərini pozaraq birtərəfli qaydada İranla imzalanmış sazişi tərk edib və İrana qarşı sanksiyalar yenidən qüvvəyə minib. İran tərəfi isə uzun müddət sazişin ABŞ tərəfindən pozulmasına baxmayaraq, öz öhdəçiliklərinə əməl edib. Amma sonda rəsmi Tehran bildirib ki, artıq İran da ABŞ-ın qanun pozuntusuna cavab olaraq, HBFP sazişindəki öhdəliklərinə əməl etməyi dayandırır.


Story Code: 920737

News Link :
https://www.islamtimes.org/az/news/920737/ab-nüvə-sazişinin-doğru-yola-yönəlməsi-üçün-təlaş-göstəririk

Islam Times
  https://www.islamtimes.org