QR CodeQR Code

ABŞ Ukraynaya "əl atdı" - Rusiya ilə yeni müharibə ola bilər

11 Mar 2021 11:13

İslamTimes: Amerika Birləşmiş Ştatları Ukraynaya təhlükəsizlik, iqtisadiyyat, demokratik təsisatların gücləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahələrində dəstəyi artırmaq niyyətindədir.


Publika.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Biz Ukraynanı qətiyyətlə dəstəkləyirik, bu dəstəyi həm təhlükəsizlikdə, həm iqtisadiyyatda, həm də ölkədə demokratiyanın gücləndirilməsinə yönəlmiş səyləri baxımından artırmaq niyyətindəyik”, - E.Blinken qeyd edib.

Onun sözlərinə görə, sonuncu nüans "son dərəcə vacibdir", çünki Kiyev bir tərəfdən "xaricdən təcavüzə müqavimət göstərmək", digər tərəfdən də korrupsiya da daxil olmaqla, ölkə daxilində öz problemləri ilə məşğul olmaq məcburiyyətindədir.

Dövlət katibi Vaşinqtonun Krımın Rusiya ilə birləşməsini tanımadığına dair mövqeyini də təkrarlayıb. ABŞ diplomatiyasının rəhbəri ölkəsinin Donbasdakı təcavüzə qarşı olduğunu da söyləyib.

Qeyd edək ki, Ukraynanın bu ilin sonunadək Donbas böhranını həll edəcəyi barədə iddialar səsləndirilir. ABŞ-ın Ukraynaya müdaxiləsinin Rusiya tərəfindən sükutla qarşılanmayacağı istisna edilmir.


Story Code: 920849

News Link :
https://www.islamtimes.org/az/news/920849/abş-ukraynaya-əl-atdı-rusiya-ilə-yeni-müharibə-ola-bilər

Islam Times
  https://www.islamtimes.org