QR CodeQR Code

Türkiyə Yəmənə qarşı müharibəyə daxil olur? - Təfərrüat

11 Mar 2021 12:51

"Rai əl-Youm" qəzeti Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında hərbi əməkdaşlığa və Ankara tərəfindən Riyada silahların, xüsusən də pilotsuz təyyarələrin satılmasına və Mərib cəbhəsindəki varlığına toxunub.


"Rai əl-Youm" qəzeti Səudiyyə Ərəbistanına Yəmənin "Ənsarullah" hərəkatının hücumları mövzusunda Türkiyənin Səudiyyə Ərəbistanı ilə həmrəyliyinə toxunan məqaləsində bildirib ki, Səudiyyə Ərəbistanı Yəməndəki müharibədə Türkiyə pilotsuz təyyarələrindən istifadə edir.

Qəzet daha sonra Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamanı sitat gətirib: "Ənsarullah" hərəkatının Səudiyyə Ərəbistanına hücumları qarşısında Səudiyyə Ərəbistanı ilə həmrəyik və onların yanında olacağıq".

Qəzet bildirib ki, Türkiyənin bu mövqeyi Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin arxa planı ilə əlaqədardır və Səudiyyə Ərəbistanının Yəməndəki müharibədə, xüsusən Mərib döyüşündə hərbi yardım istəməsini göstərir: "Ankara ehtimal ki, Mərib müharibəsinə daxil olacaq. Türkiyə cəld tərpənib və Suriyanın şimalından gələn xəbərlər göstərir ki, Ankaraya bağlı Suriya silahlıları Liviyada olduğu kimi təchiz edilərək Yəmən cəbhələrinə göndərilir. Bu məlumatlara görə, Türkiyə kəşfiyyat xidməti yüksək maaşla Yəmənə getmək istəyən silahlı şəxslərin siyahısını hazırlamağa başlayıb. Türkiyə İdlibdəki silahlı qruplaşmalardan Yəmənə getmək istəyən şəxslərin adlarının verilməsini istəyib. Hesabatlar Yəməndə Türkiyə-Səudiyyə hərbi əməkdaşlığının başladığını göstərir. Ankara, xüsusən də Bayden Yəmən müharibəsini dəstəkləməyi dayandırmaq qərarına gəldikdən və müharibəni dayandırmağa, Səudiyyə Ərəbistanına silah satışını dayandırmağa çağırdıqdan sonra Ankara Riyadı "Karayel" pilotsuz təyyarələri ilə yanaşı hücum dronları ilə təchiz edir".

Qeyd edək ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yahya Sərii Cəvf şəhərinin üzərində Türkiyə istehsalı olan kəşfiyyat dronun vurulduğunu açıqlayıb. /Eastnews/


Story Code: 920869

News Link :
https://www.islamtimes.org/az/news/920869/türkiyə-yəmənə-qarşı-müharibəyə-daxil-olur-təfərrüat

Islam Times
  https://www.islamtimes.org