0
Thursday 11 March 2021 - 19:14

Zərif: ABŞ hökuməti Trampın uğursuz siyasətini davam etdirir

Story Code : 920953
Zərif: ABŞ hökuməti Trampın uğursuz siyasətini davam etdirir
ABŞ dövlət katibi Antoni Blinkenin Nümayəndələr Palatasında çıxışı zamanı İran əleyhinə fikirlər səsləndirməsindən sonra İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu çıxışa sərt reaksiya sərgiləyib.

İran Xarici İşlər Naziri Twitter-də yazıb: "ABŞ, uğursuz "maksimum təzyiq" siyasətini deyil, diplomatiyanı dəstəklədiyini iddia edir. Buna baxmayaraq, ABŞ dövlət katibi Antoni Blinken İranın Koreyadakı pullarının İsveçrə kanalına köçürülməsini əngəllədiklərindən qürur duyduğunu deyir. Bir halda ki, bu kanal yalnız qida və dərman üçün istifadə olunur! Köhnə siyasəti (maksimum təzyiq) davam etdirmək yeni nəticə verməyəcək. Yeganə yol öhdəliklərə əməl etmək, diplomatiya yoludur."