QR CodeQR Code

Livan Hizbullahı namyəndələri Moskvada Rusiya rəsmiləri ilə görüşəcək

إسلام تايمز , 11 Mar 2021 22:25

İslamTimes: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın paytaxtı Moskvada Livan Hizbullahı üzvləri ilə görüşəcək.


Əl-Mayadin şəbəkəsi diplomatik mənbələrə istinadən bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın paytaxtı Moskvada Livan Hizbullahı üzvləri ilə görüşəcək. Hizbullah nümayəndə heyətinə Vəfa fraksiyasının rəhbəri Həməd Rədin rəhbərlik edəcəyi bildirilir.

Mənbə əlavə edib: "Livan Hizbullah heyətinin Rusiyaya səfəri 4 gün davam edəcək. Lavrov gələn bazar ertəsi günü Moskvada Hizbullah nümayəndə heyətini qəbul edəcək.

Mənbə həmçinin bildirib ki, nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərqdəki xüsusi elçisi Mixail Boqdanovla da görüşəcək.

Hizbullah heyətinin görüşləri zamanı regional məsələlər, xüsusilə Suriya məsələsi və Livandakı vəziyyət müzakirə ediləcək.


Story Code: 920987

News Link :
https://www.islamtimes.org/az/news/920987/livan-hizbullahı-namyəndələri-moskvada-rusiya-rəsmiləri-ilə-görüşəcək

Islam Times
  https://www.islamtimes.org