0
Saturday 13 March 2021 - 08:14

ABŞ Avropa Birliyi vasitəsilə İranla danışıqlar aparır

Story Code : 921205
ABŞ Avropa Birliyi vasitəsilə İranla danışıqlar aparır
APA TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan cümə günü keçirdiyi brifinqdə bildirib.

“İranla diplomatiya davam edir, ancaq hazırda birbaşa şəkildə deyil. Nüvə anlaşmasına riayət olunmasının vacibliyi ilə bağlı mövqeyimizi İran tərəfinə çatdırmaqda köməklik edən və onların fikirlərini öyrənən AB və digərləri vasitəsi ilə əlaqələr var. Hazırkı mərhələdə iranlıların bundan sonra necə davam etmək istədikləri ilə bağlı sonrakı fikirlərini öyrənməyə çalışırıq, ancaq bizim nöqteyi-nəzərimizdən bu, asan olmayacaq. Bununla belə, inanırıq ki, hazırda irəliləyə biləcəyimiz və yekun nəticədə məqsədimizi təmin edə biləcəyimiz diplomatik prosesdəyik”, - Sallivan belə deyib.