QR CodeQR Code

ABŞ: Rusiyaya qarşı AB-dən istəyimiz budur

13 Mar 2021 09:08

İslamTimes: ABŞ Avropa Birliyindən (AB) Moskvaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsinə nail olmaq niyyətindədir.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Onun sözlərinə görə, Prezident Co Bayden məhz bu yöndə addım atmağı planlaşdırır:

“Əgər siz Rusiya və Çinə baxsanız, görərsiniz ki, Bayden avropalılarla işləməklə Rusiyaya qarşı daha dayanıqlı siyasi xətt yürütməyə başlayıb”.

Sallivan əlavə edib ki, Vaşinqton rusiyalı bloger Aleksey Navalının həbsi və digər pisniyyətli fəaliyyətlərdən dolayı Kremlə qarşı əlavə tədbirlər görəcək.


Story Code: 921210

News Link :
https://www.islamtimes.org/az/news/921210/abş-rusiyaya-qarşı-ab-dən-istəyimiz-budur

Islam Times
  https://www.islamtimes.org