0
Saturday 13 March 2021 - 11:25

İrana məxsus yük gəmisi terror hücumuna məruz qalıb

Story Code : 921255
İrana məxsus yük gəmisi terror hücumuna məruz qalıb
SalamNews -un "MehrNews"a istinadən verdiyi xəbərə görə, bunu İran gəmiçilik şirkətinin  mətbuat katibi Əli Qiasyan açıqlayıb.

Onun sözlərinə görə, terror aktı Aralıq dənizində törədilib və nəticədə "Şahr-e Kord" yük gəmisinin bir hissəsinə ziyan dəyib.

“İslam Respublikası konteyner daşımaları şirkətinə məxsus gəmi İrandan Avropaya gedirdi.

Partlayıcı maddə gəmiyə dəydikdən sonra partlayış baş verib, kiçik miqyaslı yanğın baş verib, gəmi komandiri və heyətinin vaxtında göstərdiyi səylərlə dərhal söndürülüb, heyət üzvündən heç kim  yaralanmayıb", o qeyd edib.