QR CodeQR Code

İsrail rejiminin qüvvələri Fələstinin əmək nazirini yaraladılar

Deyerler , 13 Mar 2021 14:21

Islamtimes - İsrail rejiminin əsgərlərinin Nablusun şərqində məskunlaşma əleyhinə nümayişlərə hücumu vaxtı Fələstin Muxtariyyətinin əmək naziri də daxil olmaqla bir neçə fələstinlini yaralayıblar.



Deyerler.org Maannews-a istinadən xəbər verir ki, Nablusun şərqindəki Beyt Dəcan kəndindəki Müdafiə və Yerləşmə Komitəsinin rəhbəri Nəsr Əbu Ceyş sionist rejimin kənddəki həftəlik məskunlaşma əleyhinə nümayişlərə gözyaşardıcı qazla və plastik mərmilərlə hücum etdiyini söyləyib.
 
“Əmək naziri, sionist əsgərlər tərəfindən atılan plastik güllə ilə yaralanan və onlar tərəfindən döyülən və xəstəxanaya aparılan nümayiş iştirakçılarından biri idi.
 
Digər 5 fələstinli də xəstəxanaya aparıldı, onlardan üçü sionist əsgərlərin plastik mərmidən atəş açması ilə, ikisi də döyülərək yaralandı”, - deyə Əbu Ceyş bildirib.
 


Story Code: 921283

News Link :
https://www.islamtimes.org/az/news/921283/israil-rejiminin-qüvvələri-fələstinin-əmək-nazirini-yaraladılar

Islam Times
  https://www.islamtimes.org