0
Saturday 13 March 2021 - 17:21

Yəməndə 400 körpə ölüm caynağında!

Story Code : 921341
Yəməndə 400 körpə ölüm caynağında!
BMT-nin Dünya Ərzaq Proqramının (WFP) icraçı direktoru Devid Bizli, Yəməndəki münaqişə tərəflərini, bu ölkədəki müharibə və aclıq səbəbindən daha çox yəmənlinin ölməsinin qarşısını almaq üçün silahlarını yerə qoymağa və münaqişəyə son verməyə çağırıb.

Devid Bizli "Əl-Ərəbi əl-Cədid"ə verdiyi müsahibədə deyib: "Yəmatda vəziyyət bir fəlakətdir. Yəmən yer üzündə ən böyük humanitar fəlakətlə üz-üzədir. 16 milyon yəmənli normal qidalanmır. Onlardan 5 milyonu ciddi aclıq riski ilə üz-üzədir. Humanitar yardım üçün maliyyə resurslarının azlığı və Səudiyyə koalisiyasının yanacaq tankerlərini əl-Hudeydə şəhərinə daxil olmasına maneə törətməsi vəziyyəti daha da ağırlaşdırır."

Devid Bizli BMT-nin mənzil-qərargahında keçirilən virtual mətbuat konfransında xəbərdarlıq edəyərək deyib: "Bir tədbir görülməsə, dünya əsrin ən pis aclıq böhranına şahid olacaq."