0
Saturday 13 March 2021 - 20:12

Çin terrorla mübarizədə İraqla əməkdaşlığa hazırdır!

Story Code : 921372
Çin terrorla mübarizədə İraqla əməkdaşlığa hazırdır!
"China Global Television Network" (CGTN) informasiya şəbəkəsinin verdiyi məlumata görə, Çin Xarici İşlər Naziri Vanq Yi İraqın məntəqədəki önəmli roluna işarə ilə bildirib ki, Çin rəsmi Bağdadı terrorizmlə, o cümlədən İŞİD-lə mübarizədə dəstəkləyir.

Çin XİN başçısı Covid-19 vaksinlərinin İraqa göndərildiyini bildirərək deyib ki, iki ölkə koronavirus pandemiyasından sonrakı dönəmlə bağlı da danışıqları davam etdirməlidir.

Vang Yi əlavə edib ki, Çin hökuməti Çin şirkətlərini İraqın yenidən qurulmasında, elektrik, nəqliyyat, rabitə və digər sahələrdə əməkdaşlıqda rol oynamağa təşviq etməyə davam edəcək.

İraq XİN başçısı Fuad Hüseyn də Çinə, koronavirusla mübarizədə İraqa verdiyi dəstəyə görə təşəkkür edərək bunun iki xalq arasındakı dərin dostluğun göstərgəsi olduğunu bildirib.