QR CodeQR Code

İngiltərədə aksiya zamanı polis və iştirakçılar arasında qarşıdurma yaranıb

14 Mar 2021 04:06

İslamTimes: Londonda itkin düşdükdən sonra cəsədi meşəlik ərazidə tapılan Sarah Everard üçün anım mərasimi keçirilib.


APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu zaman polis və iştirakçılar arasında qarşıdurma yaranıb. Buna səbəb isə aksiyanın icazəsiz keçirilməsi olub.

Hazırda Britaniyadakı karantin şərtlərinə görə iki nəfərdən artıq toplaşmaq qadağandır. Buna baxmayaraq S.Everardın xatirəsini yad etmək istəyən yüzlərlə insan bir araya gəlib və bu zaman polis toplaşanlara müdaxilə edib.

Qeyd edək ki, 33 yaşlı S.Everard martın 3-də dostlarının evindən çıxdıqdan sonra itkin düşüb. Onun cəsədi İngiltərənin Aşford şəhərində meşəlik ərazidə tapılıb. 48 yaşlı polis məmuru Veyn Kuzens Everardın qaçırılması və öldürülməsi ittihamı ilə həbs olunub.

 


Story Code: 921415

News Link :
https://www.islamtimes.org/az/news/921415/ingiltərədə-aksiya-zamanı-polis-və-iştirakçılar-arasında-qarşıdurma-yaranıb

Islam Times
  https://www.islamtimes.org