0
Sunday 14 March 2021 - 11:26

“Reuters”: ABŞ 1 ay KXDR-lə əlaqə qurmağa çalışıb

Story Code : 921451
“Reuters”: ABŞ 1 ay KXDR-lə əlaqə qurmağa çalışıb
“Report” xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasındakı mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Qeyd edilir ki, rəsmi Vaşinqton buna cavab ala bilməyib.

"Biz indiki ana qədər rəsmi Pxenyandan hər hansı cavab almadıq", - mənbə agentliyə deyib.

Daha əvvəl BMT baş katibi də ABŞ, KXDR və Cənubi Koreyanı dialoqa çağırıb. Təşkilatın baş katibi Antoniu Quttereş ABŞ-ı, Koreya Xalq Demokratik Respublikasını (KXDR) Koreya yarımadasının tam və yoxlanılan nüvəsizləşdirilməsi uğuru üçün dialoqu davam etdirməyə çağırıb.