0
Sunday 14 March 2021 - 08:40

İngiltərədə futbolçu ilk dəfə matçdan əvvəl diz çökməkdən imtina etdi

Story Code : 921455
İngiltərədə futbolçu ilk dəfə matçdan əvvəl diz çökməkdən imtina etdi
Londonun "Kristal Pelas" futbol komandasının yarımmüdafiəçisi Uilfred Zaha İngiltərə Premyer Liqasında matçdan əvvəl diz çökmək mərasiminə etinasızlıq nümayiş etdirib.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” bildirib.

Qeyd edilir ki, "Vest Bromviç Albion"a qarşı oyundan əvvəl digər futbolçular bir dizləri üstə çöküblər, amma Uilfred Zaha qollarını arxasında çarpazlayaraq dayanıb.

Zaha daha əvvəl “Black Lives Matter" ("Qaraların həyatı əhəmiyyətlidir") həmrəylik forması aksiyasını açıq şəkildə tənqid edib.